OYAS və Adler Group “Baku Child Fair”-in tərkibində gələcəkdə satışı məqsədlənən oyuncaq və oyunların tərtibi üçün mükafatlı yarış keçirir.
Əsas məqsəd isə ənənəvi oyuncaqlar ilə müasir oyuncaqları sintez etmək və orijinal oyuncaqlar yaratmaqla dünya bazarında Azərbaycan istehsalı məhsullara maraq yaratmaqdır. Əgər siz də bu mövzuda öz fikirlərinizə güvənirsinizsə hazırladığınız oyuncaqları 29 mart 2024-cü ildə “Baku Expo Center”-də keçirilən “Baku Child Fair”-in məlumat mərkəzindəki əməkdaşlara təqdim edin. Qaliblər isə 30 mart 2024-cü ildə münsiflər heyəti tərəfindən aşağıdakı meyarlar çərçivəsində qiymətləndiriləcək. Bütün iştirakçıların müəllif hüquqları qorunmasıyla yanaşı, qaliblər mükafatlarından əlavə olaraq məhsulun gələcəkdə gəlirindən də pay qazanacaq.
Yaxın gələcəkdə beynəlxalq oyuncaq sənayesində Azərbaycan məhsulları özünə məxsus yer tutacaq
Oyuncaq Dizayn Meyarları:
- Oyuncaqların uzunluğu 60 sm-dən, çəkisi isə 3 kq-dan çox olmamalıdır.
- Hər oyuncağın bir adı olmalı, adın orijinallığına diqqət edilməli və verilən ad oyuncaq haqqında təsəvvür yaratmalıdır.
- Dizayn ənənəvi oyuncaq mədəniyyətini əks etdirməlidir.
- Uşaqlar üçün öyrədici və faydalı olmalıdır.
- Məhsul davamlılıq və dözümlü olmalıdır.
- Məktəbəqədər yaş qrupları üçün uyğun olmasına diqqət edilməlidir.
- Oyuncaqlar uşaqların öyrənmə, oyun və əyləncə ehtiyaclarını qarşılamalıdır.
- Əl-göz koordinasiyası və əzələ inkişafı üçün faydalı olmalıdır.
Yarışmanın digər məqsədi isə öyrənməyi təcəssüm etdirən və onu əyləncəli edən oyuncaqların istehsalını artırmaqdır.