Skip to content Skip to footer

Dünyada əhəmiyyətli potensiala malik olan körpə və uşaq məhsulları xüsusilə sərgilərdə daha çox diqqət çəkir. Körpə və uşaq məhsullarının bölgələrə görə fərqləndiyi və sərgilər sayəsində yaxın ölkələr arasında alış-verişin sürətləndiyi ildən-ilə ortaya çıxan bir həqiqətdir. Körpə və uşaq məhsulları yarmarkalarının şirkətlər arasında rəqabəti artırdığını nəzərə alsaq, sərgilərin daha keyfiyyətli və daha sağlam məhsulların istehsalı baxımından sektor üçün fərqli əhəmiyyəti var.

Son zamanlar isə tələbat bizə göstərir ki, istər ölkəmizdə, istər dünyada ana və uşaq sərgilərinin çoxalması üçün xüsusi ehtiyac var. İstehlakçı tələblərinə uyğun olaraq fərqli siniflərdə və keyfiyyətdə istehsal edilən yeni məhsulların demək olar ki, hamısının tapılıb sınaqdan keçirilə biləcəyi Baku Child Fair inkişaf edən Azərbaycanı yeni bazarlar axtaran iştirakçılar üçün cəlbedici edir. Bundan başqa Azərbaycan bütün imkanları ilə həm yerli, həm də beynəlxalq sektor alıcıları üçün uyğun bazar əhəmiyyəti daşıyır. Danılmazdır ki, ən yaxşı keyfiyyət-qiymət balansını istəyir. gətirir.

Araşdırmalarımız göstərir ki, Qafqazada ailələr körpələri üçün 2 yaşa qədər ayda minimum 60 dollar, ildə isə orta hesabla 700-800 dollar xərcləyir. Təbii ki, bu rəqəmlər ailərin maddi durumu və uşaqların yaşına görə arta bilir. Bundan başqa iqtisadi rifahın və valideynlərin məlumatlılığının artması ilə bu rəqəm tədricən artır. Bu isə onu göstərir ki, ana-körpə yarmarkaları gələcəkdə Azərbaycanda və dünyada daha da güclənəcək.

 

NİYƏ BAKU CHILD FAIR?

Azərbaycan Oyuncaqçılar Assosiasiyası (OYAS) və ADLER GROUP tərəfindən təşkil edilən Baku Child Fair beynəlxalq oyuncaq, oyun və uşaq sərgisi, Qafqaz regionunda sektoru bir araya gətirən əhəmiyyətli yarmarka xüsusiyyətini hədəfləyir.

  • 4000 m² EKSPOZİSİYA SAHƏSİ
  • 49 ÖLKƏDƏN DƏVƏTLİ
  • 74 ŞİRKƏTİN SATIN ALMA HEYƏTİ

Yaxın günlərdə Azərbaycandan iki şad xəbər birdən gəldi. Azərbaycan Oyuncaqçılar Assosasiyası`nın yaradılması və Baku Child Fair`in keçirilməsi uşaqlar üçün atılmış ən gözəl addımlardandır. 

Steve PASİERB

OYUNCAQ ASSOSİASİYASI NYU YORK

Qardaş ölkə Azərbaycanda Baku Child Fair`in keçiriləcəyi xəbəri bizi çox həyəcanlandırdı və dərhal orda öz yerimizi ayırdıq. Bu bizim üçün həm mənəvi borc, həmdə yeni biznes əməkdaşlıqları üçün ciddi fürsətdir. 

Mahmut DUMAN

DUMAN OYUNCAQ TÜRKİYƏ

Baku Child Fair bizim üçün yeni təcrübədir. Hal belə olduqda tərəddütlər qaçınılmazdır. Amma beynəlxalq arenadakı həmkarlarımızdan müsbət geri dönüşlər artdıqca, bu misiyanın öhdəsindən gəlmək üçün güc qazanırıq.  

Emin TAĞIYEV

ADLER GROUP AZƏRBAYCAN
×