OYAS yerli istehsalçılarımızın, idxalçılarımızın, topdan və pərakəndə satıcılarımızın problemlərinin həllini ortaq platformada tapmağı hədəfləyir.
Yenicə fəaliyyətə başlayan Azərbaycan Oyuncaqçılar Assosiasiyası (OYAS) dünya bazarında böyük maraqla qarşılanan “Baku Child Fair” ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
OYAS, sektoru təmsil edən qeyri-hökumət təşkilatı olaraq sənaye və ticarətdə effektivlik əldə etməyi və öz səsini ictimaiyyətə çatdırmağı hədəfləyir
Azərbaycan Oyuncaqçılar Assosiasiyası OYAS`ın rəsmiləri bildirir ki, əsas məqsəd oyun və oyuncaqların istehsalı, idxalı, ixracı, topdan, pərakəndə satışı ilə məşğul olan sektorun əsas aparıcılarını ölkə daxilində geniş və təcrübəli platformada bir araya toplamaqdır.
Uşaqların şəxsiyyətini formalaşdıran, qabiliyyətlərini üzə çıxaran, əylənmək üçün öyrədici və təhlükəsiz oyuncaqlara sahib olması indi əlçatan olacaq.