Skip to content Skip to footer

Azərbaycan Oyuncaqçılar Assosiasiyası (OYAS) tərəfindən bu il 1-ci dəfə təşkil edilən Baku Child Fair beynəlxalq oyuncaq, oyun və uşaq sərgisi, Qafqaz regionunda sektoru bir araya gətirən əhəmiyyətli yarmarka xüsusiyyətini hədəfləyir.

Son illər Azərbaycanda baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır və nəticədə ölkəmizin adı müxtəlif reytinq sıralamalarında öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycan Respublikasında aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

OYAS komandasıda məhz bu inkişafdan ilhamlanaraq Azərbaycanda ilk dəfə 28-30 mart 2024-cü il tarixlərində irimiqyaslı bu sərginin təşkili üçün bütün lazımi addımları atıb. 

Baku Child Fair`da sizlər nəyinki sektorda baş verən yeniliklərdən yaxından xəbərdar olacaq və geniş çeşiddə məhsullar görə biləcəksiniz, həm də sektorun önəmli paydaşları ilə uğurlu əməkdaşlıqlar üçün ilk addımı atmış olacaqsınız.

Baku Child Fair`da həmçinin Ana və Körpə məhsullarının xüsusi bölməsi yaradılıb. Sektorda payı artan bu məhsulların nümayişi sərgi iştirakçıları və ziyarətçiləri üçün əhəmiyyət kəsb edir.

Azərbaycan Oyuncaqçılar Assosiasiyası (OYAS) heyəti əmindir ki, bu sərgi müxtəlif bölgələrdən, ölkələrdən və mədəniyyətlərdən olan markaları bir araya gətirməklə, onlar arasında dostluq və ticarət əlaqələrinin yaranmasında böyük rol oynayacaq.

Yaxın günlərdə Azərbaycandan iki şad xəbər birdən gəldi. Azərbaycan Oyuncaqçılar Assosasiyası`nın yaradılması və Baku Child Fair`in keçirilməsi uşaqlar üçün atılmış ən gözəl addımlardandır. 

Steve PASİERB

OYUNCAQ ASSOSİASİYASI NYU YORK

Qardaş ölkə Azərbaycanda Baku Child Fair`in keçiriləcəyi xəbəri bizi çox həyəcanlandırdı və dərhal orda öz yerimizi ayırdıq. Bu bizim üçün həm mənəvi borc, həmdə yeni biznes əməkdaşlıqları üçün ciddi fürsətdir. 

Mahmut DUMAN

DUMAN OYUNCAQ TÜRKİYƏ

Baku Child Fair bizim üçün yeni təcrübədir. Hal belə olduqda tərəddütlər qaçınılmazdır. Amma beynəlxalq arenadakı həmkarlarımızdan müsbət geri dönüşlər artdıqca, bu misiyanın öhdəsindən gəlmək üçün güc qazanırıq.  

Emin TAĞIYEV

ADLER GROUP AZƏRBAYCAN
×