Skip to content Skip to footer

Bütün dünyada övladlarının daha rahat və sağlam həyat standartı ilə böyüməsini istəyən valideynlər fərqli, innovativ, keyfiyyətli məhsullara üz tutur.

Qloballaşan dünya nizamı ilə həyat keyfiyyətini ən sağlam şəkildə yüksəltməyi qarşısına məqsəd qoyan bəşəriyyətin bu istiqamətdə prinsip olaraq qəbul etdiyi mühüm məsələlərdən biri də övladlarının sağlam şəxsiyyət kimi formalaşmasını təmin etməkdir.

Dünyada əhəmiyyətli potensiala malik olan körpə və uşaq məhsulları xüsusilə sərgilərdə daha çox diqqət çəkir. Körpə və uşaq məhsullarının bölgələrə görə fərqləndiyi və sərgilər sayəsində yaxın ölkələr arasında alış-verişin sürətləndiyi ildən-ilə ortaya çıxan bir həqiqətdir. Körpə və uşaq məhsulları yarmarkalarının şirkətlər arasında rəqabəti artırdığını nəzərə alsaq, sərgilərin daha keyfiyyətli və daha sağlam məhsulların istehsalı baxımından sektor üçün fərqli əhəmiyyəti var.

Son zamanlar isə tələbat bizə göstərir ki, istər ölkəmizdə, istər dünyada ana və uşaq sərgilərinin çoxalması üçün xüsusi ehtiyac var. İstehlakçı tələblərinə uyğun olaraq fərqli siniflərdə və keyfiyyətdə istehsal edilən yeni məhsulların demək olar ki, hamısının tapılıb sınaqdan keçirilə biləcəyi Baku Child Fair inkişaf edən Azərbaycanı yeni bazarlar axtaran iştirakçılar üçün cəlbedici edir. Bundan başqa Azərbaycan bütün imkanları ilə həm yerli, həm də beynəlxalq sektor alıcıları üçün uyğun bazar əhəmiyyəti daşıyır. Danılmazdır ki, ən yaxşı keyfiyyət-qiymət balansını istəyir. gətirir.

Araşdırmalarımız göstərir ki, Qafqazada ailələr körpələri üçün 2 yaşa qədər ayda minimum 60 dollar, ildə isə orta hesabla 700-800 dollar xərcləyir. Təbii ki, bu rəqəmlər ailərin maddi durumu və uşaqların yaşına görə arta bilir. Bundan başqa iqtisadi rifahın və valideynlərin məlumatlılığının artması ilə bu rəqəm tədricən artır. Bu isə onu göstərir ki, ana-körpə yarmarkaları gələcəkdə Azərbaycanda və dünyada daha da güclənəcək.

×